Onlayn ictimai-siyasi qəzet
Avropa Statistika İdarəsinin (Eurostat) son məlumatlarına görə, Almaniya Avropa İttifaqında ukraynalı qaçqınlar üçün əsas istiqamətə çevrilib.
Musavat.com xəbər verir ki, hazırda bu ölkədə müvəqqəti müdafiə statusu ilə 1,14 milyondan çox ukraynalı yaşayır ki, bu da Polşadakından 150 min nəfər çoxdur.
2024-cü ilin sonuna olan statistikaya əsasən, Polşada ukraynalı qaçqınların sayı 983 880 nəfərə düşüb. Halbuki, 2022-ci ildə bu rəqəm 1,3 milyondan çox idi.
Ukraynalı qaçqınların sayına görə üçüncü yerdə Çexiya qərarlaşıb – bu ölkə 379 min ukraynalını qəbul edib. Son vaxtlar Mərkəzi və Şərqi Avropadan Qərbi və Cənubi Avropaya doğru ukraynalı qaçqınların miqrasiyası sürətlənib.
Onların Almaniyanı seçməsinin əsas səbəbləri daha yüksək əməkhaqqı, sosial ödənişlər və keyfiyyətli tibbi xidmətlərdir.
Musavat.com
11 Fevral 2025
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ