İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı uşaqları yandırmağa çağıran rejissorun filmi nümayiş etdirildi

Rusiyanın “Russia Today” dövlət kanalında qalmaqallı aparıcı Anton Krasovskinin ölkə idmanı haqqında filmi yayımlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Krasovskinin çəkdiyi “İdman. Rusiya: XXI əsr” filmi baş redaktor Marqarita Simonyanın telejurnalistin işinə son verildiyini elan etdikdən cəmi bir həftə sonra kanalın sosial şəbəkəsində yerləşdirilib.

Halbuki Krasovskinin müəllif proqramında “ukraynalı uşaqlar çayda batırılmalı və ya diri-diri yandırılmalıdır” sözlərindən sonra efirdən uzaqlaşdırıldığı deyilirdi. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba soyqırıma çağırış etdiyi üçün bütün dünya ölkələrini telekanalın yayımını qadağan etməyə səsləmişdi.

Kanal aparıcının qayıdışı ilə bağlı açıqlama verməyib. Bundan əvvəl müxalifyönlü “Meduza” saytı bu günlərdə RT-də “məxsusən Krasovski üçün” rusdilli proqram qurulduğunu xəbər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR