İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı pilotlar F-16 qırıcılarını idarə etmək üçün ABŞ-yə yollanır

ABŞ oktyabr ayında Arizona ştatındakı hərbi bazada Ukrayna hərbçilərinə F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçirməyə başlayacaq.

Bunu mətbuat nümayəndələri üçün keçirilən brifinqdə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

Patrik Rayder təlim keçəcək ukraynalı hərbçilərin dəqiq sayını açıqlamayıb.

O həmçinin əlavə edib ki, bəzi ukraynalı pilotların ingilis dili biliklərinə malik olmasına baxmayaraq, ABŞ-a gəldikdən sonra bütün ukraynalı hərbi qulluqçular əlavə ingilis dili təliminə cəlb ediləcəklər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR