İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı jurnalistə müsahibə vermək Rusiyada “xarici agent” olmaq üçün əsas sayılırmış

Rusiyada bir vaxtlar çox populyar olan “Maşina vremeni” qrupunun lideri Andrey Makareviç öz ölkəsində “xarici agentə” çevrilib.

Musavat.com Azadlıq radiosuna istinadən xəbər verir ki, müğənninin ukraynalı jurnalist Dmitri Qordona müsahibə verməsi onun adının “xarici agentlər” siyahısına salınması üçün əsas sayılıb. Bu barədə cümə günü, noyabrın 25-də musiqiçinin vəkili Aleksandr Peredruk məlumat verib.

Vəkil Pavel Çikov A.Makareviçin “xaricdən maliyyələşmə”yə görə deyil, sırf əcnəbi jurnalistə müsahibə verdiyi üçün belə bir statusa “layiq görülən” ilk adam olduğunu söyləyib.

“Gördülər ki, Makareviçə “xaricdən pul ötürən” yoxdur, buna əl atdılar”, -deyə vəkil qeyd edib.

Qeyd edək ki, RF Ədliyyə Nazirliyi Yekaterinburqun keçmiş meri Yevgeni Royzmanı və “Dojd” telekanalının jurnalisti Anna Monqeyti də xarici agentlərin reyestrinə daxil edib.

Siyahıda həmçinin vəkil İlya Novikov, “Azad Buryatiya” anti-müharibə fondunun rəhbəri Aleksandra Qarmajapova, Perm politoloqu, “Qolos” müşahidəçilər hərəkatının koordinatoru Vitali Kovin və Navalnının Ufadakı qərargahının keçmiş könüllüsü Fyodor Telin də var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR