Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Baş Prokurorluğu SEPAH generalı Abbas Musanın Ukrayna müharibəsində Rusiyaya yardım etməkdə şübhəli bilindiyini açıqlayıb. İstintaqın məlumatına görə, o, İranın pilotsuz təyyarələri ilə Ukraynaya zərbələr endirməkdə Rusiya komandanlığına birbaşa yardım edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, UTX briqada generalı Abbas Musaya qarşı əsaslı sübutlar toplayıb.
Araşdırmalar zamanı məlum olub ki, 2022-ci ilin avqust-sentyabr ayları ərzində İran Rusiyaya “Şahed-136” və “Mohajer-6” modelləri də daxil olmaqla ən azı 1500 PUA təhvil verib.
UTX-nin məlumatına görə, 2022-ci ildə general Abbas Musa şəxsən Krıma gələrək özü ilə 8 nəfərdən ibarət iranlı PUA təlimatçısı gətirib.
Məhz onun rəhbərliyi altında Rusiya silahlı qüvvələrinin ixtisaslaşmış bölmələrinə yarımadanın poliqonlarında pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlimlər keçirilib.
Qeyd olunub ki, yalnız 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində Rusiya İran PUA-ları ilə Ukrayna obyektlərinə ən azı 20 silsilə hücum həyata keçirib.
Məlumata görə, iranlı generala qarşı qiyabi ittiham irəli sürülüb. Onu 15 ilə qədər həbs gözləyir.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ