İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada döyüşən vaqnerçi quldur yeni qətlə görə 11,5 il cəza alıb

Rusiyanın Rostov şəhər məhkəməsi “Vaqner” ÖHŞ-nin keçmiş muzdlu əsgərini 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Sergey Rudenko adlı həmin şəxs, vaxtilə adam öldürdüyü üçün azadlıqdan məhrum olunubmuş. Lakin Priqojinin şirkəti onu həbsxanadan qurtararaq Ukraynadakı döyüşlərə cəlb edib. Sergey Rudenko 6 ay döyüşdükdən sonra əfv fərmanı alıb və Rostova qayıdıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 34 yaşlı Sergey Rudenko bu ilin aprel ayında yaşadığı mənzilin 52 yaşlı ev sahibəsi ilə kirayə haqqı barədə mübahisə edib, ona bir neçə bıçaq zərbəsi endirib, sonra ayaqqabının bağı ilə boğub, hətta telefonunu oğurlayıb.

Rusiya saytları məhkəmə məlumat bazalarında eyni ad və soyadlı şəxsə qarşı 2018-ci ildə çıxarılan hökmü tapıblar. Məlum olub ki, Sergey Rudenko həmin il sevgilisini qətlə yetirdiyinə görə cəza alıb. Elə həmin vaxtda da o, qızı kəmərlə boğub, daha sonra onun qızıl-zinət əşyalarını və avadanlıqlarını oğurlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR