İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada deputatın bütün əmlakına həbs qoyulub

Kiyevin Peçersk məhkəməsi dövlətə xəyanətdə ittiham olunan xalq deputatı Nestor Şufriçin bütün əmlakına həbs qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşrinə onun vəkili Aleksandr Tananakin məlumat verib.

Vəkil deyib ki, xalq deputatının axtarış zamanı evdən götürülən əmlakı da müsadirə olunub. Eyni zamanda, Tananakin qeyd edib ki, Şufriçin evində aparılan istintaq hərəkətləri zamanı aparılan bütün əşyalar ona məxsus deyil.

Şufriç bundan əvvəl dövlətə xəyanətdə şübhəli bilinib. Həmin gün Kiyev məhkəməsi xalq deputatı barəsində girov təyin edilmədən həbs qətimkan tədbiri seçib. İstintaqın məlumatına görə, məmur Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi, istintaqa görə, FTX agenti olan Vladimir Sivkoviçlə sıx əməkdaşlıq edib və onun tapşırıqlarını yerinə yetirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR