Onlayn ictimai-siyasi qəzet
Ukrayna Almaniyadan yeni Patriot hava hücumundan müdafiə sistemləri alıb.
Musavat.com xəbər verir ki, məlumatı prezident Vladimir Zelenski Telegram kanalında açıqlayıb: "Biz Ukrayna hava hücumundan müdafiəmizin Patriot komponentini gücləndirdik. Bu birgə addım üçün Almaniyaya və şəxsən kansler Fridrix Merzə təşəkkür edirəm".
Sentyabrın 29-da Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Kiyevə üç Patriot sistemi təhvil verdiyini və Norveç tərəfdaşlarının dəstəyi ilə 2025-ci ilin sonuna qədər daha iki müasir Patriot sistemi təqdim edəcəyini açıqlamışdı.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ