İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN: Rusiya sülh “memarandumunu” gizlədir – səbəb isə ultimatumlardır

Rusiya tərəfi öz sülh "memarandumunu" Ukraynaya təqdim etməyə çəkinir, çünki sənədin tərkibində qeyri-real ultimatumlar yer alır.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy sosial şəbəkə X hesabında paylaşım edib.

“Rusların öz "memorandumlarını" Ukraynaya göndərməkdən qorxması göstərir ki, həmin sənəd çox güman ki, qeyri-realist ultimatumlarla doludur. Onlar bu sənədi göstərməyə çəkinirlər, çünki onun məzmunu Rusiya tərəfinin sülh prosesini əngəllədiyini üzə çıxaracaq”, – deyə Tixiy bildirib.

Ukrayna tərəfi bu davranışı Moskvanın sülhə deyil, təzyiq və şərtlər üzərindən danışıqlara üstünlük verdiyinin sübutu kimi dəyərləndirir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya tərəfinin danışıqlarla bağlı yeni təkliflər paketi hazırladığı bildirilmişdi, lakin bu sənədin detalları ictimaiyyətə açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR