İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN: İndiyə qədər 40-dan çox yerli və xarici jurnalist qətlə yetirilib

"Rusiya qüvvələri indiyə qədər 40-dan çox ukraynalı və xarici jurnalisti qətlə yetirib".

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması ilə bağlı Beynəlxalq Günlə əlaqədar yaydığı bəyanatda bildirib.

"Kütləvi İnformasiya İnstitutunun monitorinq məlumatlarına görə, 2022-ci ilin fevralından bəri səkkiz aylıq genişmiqyaslı təcavüz zamanı Rusiya Ukraynada jurnalistlərə və mediaya qarşı 457 cinayət törədib. 2022-ci ilin oktyabr ayına olan məlumata görə, rus işğalçıları qırxdan çox ukraynalı və xarici jurnalisti qətlə yetirib", - Ukrayna XİN bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR