İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN-dən tarixdə ilk - FOTO

Ukraynanın Xarici İşlər Nazirliyi tarixdə ilk dəfə olaraq süni intellekt texnologiyasının köməkliyi ilə Viktoriya Şi adlı rəqəmsal şəxsiyyət yaradıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən rəqəmsal şəxsiyyətin vəzifəsi KİV üçün konsulluq məlumatlarını rəsmi olaraq şərh etməkdən ibarət olacaq.

Bildirilir ki, konsulluq məsələləri üzrə Ukrayna XİN-in virtual nümayəndəsi real insan - ukraynalı müğənni və influenser Rozali Nombrenin prototipi əsasında yaradılıb. Nombre bu layihədə ödənişsiz olaraq iştirak etməyə razılıq verib.

Məlumata görə, konsulluq nümayəndəsi Viktoriya Şi ilə Rozali Nombrenin real prototipi iki tamam fərqli şəxslər olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR