İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və ABŞ arasında saziş: "Rusiya vaxt qazanacaq və əlavə şərtlər irəli sürəcək"   

Ukrayna Prezidentinin ofisi rəhbərinin müavini Pavel Palisa Səudiyyə Ərəbistanında keçirilən danışıqlar haqqında açıqlama verərək, ABŞ tərəfini Rusiyanın vaxt qazanmağa çalışacağı və əlavə şərtlər irəli sürəcəyi barədə xəbərdar etdiklərini bildirib.

Musavat.com xəbər verir ki, Palisanın sözlərinə görə, Ukrayna və ABŞ bu danışıqlarda enerji obyektlərinə və Xəzər dənizində atəşkəsə dair razılığa gəlib. Atəşkəs ABŞ ilə birgə bəyanatın yayımlandığı andan qüvvəyə minəcək.

"Biz ABŞ komandasını xəbərdar etmişdik ki, ruslar vaxt qazanmaq və əlavə şərtlər irəli sürmək niyyətindədir. Bu, bir daha sübut edir ki, məhz ukraynalılar ədalətli və real sülhə can atırlar. Bizə qarşılıqlı atəşkəs maraqlıdır və razılaşmalar pozularsa, dərhal cavab verəcəyik. Həm də 'qırmızı xətlər' məsələsinə gəldikdə, heç bir ərazi güzəşti müzakirə olunmur. Bura bizim torpağımızdır və biz onu qorumağa davam edəcəyik. Atəşkəsin nəzarət mexanizmlərinin və təhlükəsizlik zəmanətləri almanın effektiv yolları üzərində işləməyə davam edirik, çünki düşmən tərəfə etimadımız yoxdur", – deyə Palisa vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR