İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna torpaqlarını işğal edən Putindən ŞOK AÇIQLAMA: "SƏHVDİR!"

Rusiya prezidenti Vladimir Putin 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslovakiyada etirazları yatırmaq üçün sovet qoşunlarının yeridilməsini səhv adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu fikri Vladivostokda keçirilən iqtisadi forumda səsləndirib.

Putin üstəlik Rusiyanın heç vaxt müstəmləkəçilik siyasəti aparmadığını iddia edib.

"Biz çoxdan Sovet İttifaqının siyasətinin bu hissəsinin səhv olduğunu və yalnız münasibətlərdə gərginliyə səbəb olduğunu qəbul etmişik. Xarici siyasət sferasında başqa xalqların maraqları ilə açıq-aşkar ziddiyyət təşkil edən heç nə edə bilməzsiniz", - deyə o qeyd edib.

Lakin Kremlin sahibinin fikrincə, Qərb ölkələri indi “həmin müstəmləkəçilik siyasətini yürüdür”.

Qeyd edək ki, Çexiya və Macarıstan siyasətçiləri dəfələrlə 1968 və 1958-ci il hadisələri ilə Rusiyanın Ukraynaya təcavüzü arasında paralellər aparıblar. Ukrayna prezidenti Volodimir Zelenski Afrika liderlərinə müraciətində Rusiyanın ölkədə “müstəmləkə müharibəsi” apardığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR