İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın yeni hücum dalğasını gözləyir – cəbhədə gərginlik

Musavat.com xəbər verir ki, "Associated Press" analitiklərə və Ukrayna Silahlı Qüvvələrinin  komandirlərinə istinadən, Rusiyanın yaz mövsümündə genişmiqyaslı hücum planlaşdırdığını yazır. Bildirilir ki, Kremlin əsas məqsədi döyüş meydanında üstünlük qazanaraq danışıqlarda mövqeyini gücləndirməkdir.

Məlumata görə, Rusiya ordusu 1000 kilometrlik cəbhə xətti boyunca çoxşaxəli hücumlara hazırlaşır.

Donetsk bölgəsindəki ukraynalı batalyon komandirlərindən biri bildirib ki, “Kursk vilayətində qazanılan qələbələrdən ruhlanan Rusiya qoşunları daha da irəli getməyə çalışacaq”.

Eyni zamanda Pokrovsk yaxınlığında döyüşlər intensivləşib, Selyidovo bölgəsində isə Rusiya qüvvələrinin toplaşdığı müşahidə olunur.

Cəbhədə gedən ağır döyüşlər fonunda sülh danışıqları ilə bağlı qeyri-müəyyənlik ukraynalı əsgərlər arasında ruh düşkünlüyü yaradıb. “Heç kim bu danışıqlara inanmır”, – deyə bir ukraynalı hərbçi AP-yə bildirib. O, vəziyyətin ağır olduğunu qəbul etsə də, münaqişənin yeni mərhələyə keçəcəyinə ümid etdiklərini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR