İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın neft bazalarını vurdu

Bu gün Ukrayna dronları Rusiyanın enerji infrastrukturuna aid daha 2 obyekti vurub.

Rostov vilayətinin Kamensk rayonunda Dövlət Ehtiyatları üzrə Federal Agentliyə məxsus “Atlas” kombinatının neft bazasına zərbə endirilib. Məlum olduğu kimi, Rostovun Proletarsk rayonunda dövlətə məxsus daha bir neft bazası 10 gündür yanır.

Kirov vilayətinin Kotelniç şəhərindəki “Zenit” kombinatının neft bazası da hücuma məruz qalıb. Bura Ukrayna sərhədindən 1250 km uzaqda yerləşir. SHOT telegram kanalının məlumatına görə, bazada 3 yanacaq dolu rezervuar yanır. Kanal bildirir ki, ilk dəfəri Ukrayna Kirov vilayətindəki obyektlərə zərbə endirir. İddia olunur ki, təyyarə-dronlar NATO ölkələrinin kosmik yönləndirməsi ilə aşkarlanmadan Rusiyanın içərilərinə doğru belə dərinliyə hərəkət edə biliblər.

Rusiya telegram kanalları artıq ölkə ərazisində Ukraynanın əli çatmayan yer qalmadığını bildirirlər.

Politoloq Şahin Cəfərli hesab edir ki, Ukraynanın belə hücumlarının effektiv şəkildə davam edəcəyi aydındır: “Çünki Ukrayna dron texnologiyalarını sürətlə inkişaf etdirir və bu sahədə dünyann aparıcı istehsalçılarından birinə çevrilib. Artıq Ukrayna hərbi sənayesi dron-raketin istehsalına başlayıb. Raket texnologiyalarının inkişafı sahəsində də ciddi irəliləyişlər var.

Əgər Ukrayna bütün bu işlərə (eləcə də silah idxalına) müharibədən əvvəl başlasaydı, Rusiya bəlkə də işğalçı planlarını təxirə salmalı olacaqdı. O zaman Zelenskiyə hərbi sənayeyə niyə büdcə ayırmadığı barədə tənqidi sual veriləndə cavab vermişdi ki, yol çəkmək, asfalt tökmək silahlanmaqdan daha yaxşıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR