Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyaya uzaqmənzilli Fransa raketləri ilə zərbə endirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə verdiyi müsahibədə məlumat verib.
O qeyd edib ki, Ukrayna özünümüdafiə məqsədilə zərbələr endirə bilər, lakin Fransa silahlarının Rusiya ərazisində istifadəsi barədə hər hansı bir faktı təsdiq etməyib.
Barro əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstək verərkən hər hansı məhdudiyyət qoymamalı və "qırmızı xətləri" müəyyən etməməlidirlər.
Jurnalistlərin, bu vəziyyətin Fransız qoşunlarının döyüşlərdə iştirak etməsi anlamına gəlib-gəlməyəcəyini sualına cavab olaraq, Barro belə deyib: "Biz heç bir variantı istisna etmirik."
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ