İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan uğurlu ƏKS-HÜCUM əməliyyatı

Ukrayna Zaporojyedə Rusiya müdafiəsinin sonuncu xəttinə çatıb.

Bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında bildirilib. Qeyd olunub ki, artıq Ukraynaya məxsus zirehli texnika Rusiyanın Zaporojyenin qərbindəki sonuncu müdafiə xəttinə çatıb və Ukrayna qüvvələri hazırda cəbhəni yarılması istiqamətində əməliyyatları davam etdirir.

Təşkilat Ukrayna qüvvələrinin bu istiqamətdə mövqelərini hələ də saxlayıb-saxlamamasının qeyri-müəyyən olduğunu, bununla belə Kiyev qüvvələrinin ilk dəfə olaraq Rusiyanın üç xətli müdafiə qatının qarşısında zirehli texnikadan istifadə etdiyini bildirib.

Qeyd olunub ki, Ukrayna zirehli vasitələrinin Rusiya müdafiəsinin sonuncu xəttinə çatması göstərir ki, ukraynalılar ilk iki xətti səmərəli şəkildə yara biliblər və bu, onlara texnikanı irəli çəkmək imkanı verib. Vurğulanıb ki, bu, Ukraynanın əks-hücumunun proqresinin vacib göstəricilərindəndir.

Məlumatda Rusiyanın avqustun ortalarından bəri tədricən, lakin inamlı şəkildə irəliləyən Ukrayna qüvvələrinin qarşısını ala bilmədiyi qeyd olunub.

Əlavə olunub ki, Rusiya cəbhənin sözügedən istiqamətində müdafiəni gücləndirmək məqsədilə elit bölmələrinin bir qismini cəlb edib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR