Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla ordunun baş psixiatrı saxlanılıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, onun müharibə müddətində 1 milyon dollardan çox qazanc əldə etdiyi məlum olub.
Saxlanılan şəxs həm də Hərbi Həkim Komissiyasının sədr müavini vəzifəsində çalışıb, orduya çağırılanların xidmətə yararlılığı ilə bağlı qərarlar qəbul edib.
O, əldə etdiyi bütün əmlakı həyat yoldaşının, uşaqlarının və digər yaxınlarının adına rəsmiləşdirib.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ