Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyadan Avropaya qaz nəqlində mühüm rol oynayan “Sudja” qaz ölçmə stansiyasına zərbə endirib. Hadisə yerindən ilk görüntülər dron vasitəsilə lentə alınıb.
Musavat.com xəbər verir ki, “Sudja” tranzit xətti Rusiya qazının Avropa İttifaqına tədarükü üçün yeganə marşrut olaraq qalırdı. Hücumun nəticələri və qaz nəqlinə təsiri ilə bağlı rəsmi açıqlamalar hələ ki, verilməyib.
Rusiya rəsmiləri hücumla bağlı araşdırmalara başladığını bildiriblər. Ukrayna tərəfi isə hələ ki, məsələ ilə bağlı şərh verməyib.
@@TVmusavat/111079@@
***
Musavat.com xəbər verir ki, Rusiya Avropaya qaz nəqlində istifadə etdiyi “Sudja” qaz ötürmə stansiyasında güclü yanğın baş verib.
Rusiya mənbələrinin məlumatına görə, hadisə yerində alovun şiddəti o qədər böyükdür ki, ətraf "gündüz kimi işıqlanıb".
Hazırda yanğının səbəbi və mümkün fəsadları barədə rəsmi məlumat gözlənilir.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ