Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Sudja şəhərinə endirdiyi raket zərbəsi nəticəsində tarix-diyarşünaslıq muzeyi tamamilə məhv edilib.
Musavat.com xəbər verir ki, bu barədə Kursk qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib. Onun sözlərinə görə, 19-cu əsrin sonlarına aid memarlıq abidəsi olan muzey binası hücum nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.
"İlkin məlumata görə, Sudjada qalan və muzeyin vəziyyətini yoxlamaq üçün oraya gələn bir işçi həlak olub. Daha iki əməkdaş isə yaralanıb və xəstəxanaya yerləşdirilib", – deyə Xinşteyn bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
15 Mart 2025
01:31 Xorvatiya: Azərbaycan Ermənistan sülh danışığı Cənubi Qafqazda sabitlik yolunda mühüm addımdır
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ