İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Kurskda mühasirədən qaçmağa çalışır - ŞOK

Kursk bölgəsində vəziyyət Ukrayna ordusu üçün kəskin şəkildə pisləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya qoşunları ABŞ-dan kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılmasından istifadə edərək genişmiqyaslı hücuma keçib.

Almaniyanın “Bild” qəzetinin yaydığı məlumata görə, Rusiya silahlı qüvvələrinin bölmələri artıq Lebedevka kəndini və Poreçnoye yaşayış məntəqəsini ələ keçirib. Eyni zamanda, Kiyevdən əldə edilən məlumatlara əsasən, Rusiya qoşunları Malaya Loknya kəndinə doğru irəliləyir.

“Bild” qəzetinin Kiyevdəki mənbələrinə istinadən verdiyi məlumata əsasən, Kursk bölgəsində Ukrayna silahlı qüvvələri üçün “kritik vəziyyət” yaranıb.

Ukrayna ordusu mühasirədən qaçmağa çalışır və Suca qəsəbəsinə doğru geri çəkilir. Ukraynalı hərbçilərin sözlərinə görə, Suca hazırda Rusiya aviasiyası tərəfindən demək olar ki, tamamilə məhv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR