İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı Çerkassk vilayətindəki potensial "rus canişini”ni yaxalayıb

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Çerkassk şəhər şurasının deputatı və Ukrayna Ali Radasının deputat köməkşisi vəzifəsində çalışan bir şəxsi ifşa etməyə nail olub.

Ukrayna mediasının xəbərinə görə, həmin adam bölgənin Rusiya tərəfindən işğalı halında Çerkassk vilayətinin qondarma rəhbəri olacaqmış.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) deputatın partiyanın ölkədə fəaliyyəti qadağan olunan “Həyat naminə müxalifət platforması” partiyasının bələdiyyədəki fraksiyasına rəhbərlik etdiyini bildirir.

UTX-nin məlumatına əsasən, deputat tərəfdarları ilə birlikdə Rusiyanın xeyrinə informasiya və təxribat fəaliyyəti həyata keçirib. Onlar insanlar arasında Ukraynadakı müharibənin sadəcə vətəndaş münaqişəsi olduğu barədə dezinformasiya yayıblar. Potensial xainlər rusların Çerkası vilayətini işğal etməsi üçün yerli əhalini çaşdırmaqla məşğul olublar.

Çerkassk satqını ölkədən qaçmağa cəhd edib, lakin UTX əməkdaşları deputatı ABŞ-a qaçmaq ərəfəsində saxlayıb.

Ukrayna mediası ölkəyə xəyanət edənlərin adlarını da müəyyənləşdirib. Söhbət Çerkassk şəhər deputatı Aleksandr Zamiraylodan gedir. O, həmçinin Ukrayna Ali Radasının deputatı Vasili Nimçenkonun köməkçisi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR