İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna İran dronlarını idarə edən Rusiya hərbçilərinin adlarını açıqlayıb

Ukrayna hərbçilərinin mövqelərinə və infrastruktur obyektlərinə hücum edən İranın “Şahed” kamikadze pilotsuz təyyarələrinə nəzarət edən rus hərbçilərinin adları məlum olub.

Musavat.com xəbər verir ki, bununla bağlı “Slidstva.İnfo” və “Nashi pennies.Lviv” saytlarının jurnalistlərinin birgə araşdırması nəticələri yayılıb.

Verilən informasiyaya görə, ötən ilin yayında Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kolomnada yerləşən Pilotsuz Aviasiya Mərkəzinin hərbçiləri həmin dronlardan istifadə olunmasını öyrəniblər.

Qeyd edək ki, onlar öncə İranın Kaşan şəhərində "ordu yarışları" adı altında təlim keçiblər. Araşdırmaçılar onlardan dördünü artıq müəyyən ediblər: bunlar Rusiya hərbi hava qüvvələrinin kapitanı Andrey Stepovoy, Rusiya hərbi hava qüvvələrinin leytenantı Yevgeni Qluxov, hərbçilər Sergey Sozinov və Qleb Pivkindir. Daha sonra onların hamısı Kolomnaya qayıdaraq qoşunlara göndərilməzdən əvvəl pilotsuz təyyarə operatorlarını özləri hazırlamağa başlayıblar.

Maraqlıdır ki, Kaşandakı “ordu yarışması”nın vaxtı İran pilotsuz təyyarələrinin ilk partiyasının Rusiyaya çatdırıldığı tarixə təsadüf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR