İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Parisdəki qarşıdurmanın səbəbini AÇIQLADI

UEFA Real Madrid – Liverpul görüşü zamanı baş vermiş qarşıdurmaya münasibət bildirib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qurumun açıqlamasında göstərilir ki, oyundan əvvəl çox sayda azarkeş saxta biletlə “Stad de Frans” stadiona daxil olmaq istəsə də, turniketdən keçə bilməyib.

Bu səbəbdən polislə azarkeşlər arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qaz tətbiq etmıəyə məcbur olub. Oyun nəzərdsə tutulandan 35 dəqiqə gec başlayıb.

Öz növbəsində, Liverpul da məsələyə münasibət bildirib. Komanda azarkeşlərin və oyunçuların təhlükəsizliyinin təmin olunmamasına görə şikayət edəcəyini bildirib.

Fransa polisindəki mənbə qarşıdurmaya səbəb kimi biletsiz azarkeşlərin stadiona keçmək istəməsini göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR