Onlayn ictimai-siyasi qəzet
Kosmonavtika Günündə üç rusiyalı paraşütçü ilk dəfə olaraq stratosferdən paraşütlə tullanıblar.
Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, kosmonavt Mixail Korniyenko, pilot-təlimatçı Aleksandr Linnik və mühəndis Denis Yefremov stratosferdən tullanaraq Şimal qütbünün müəyyən nöqtəsinə eniblər.
İdeyanın müəllifi kosmonavt Mixail Korniyenkodur. Rusiya Qəhrəmanı Korniyenko beynəlxalq kosmik stansiya tarixində bir insanın orbitdə təxminən bir il yaşayıb-işlədiyi şəxsdir.
Bildirilir ki, İl-76 təyyarəsi paraşütçüləri atlanış nöqtəsinə çatdırıb. Bu nöqtədə hündürlük 10 min metrdən çox olub. Şimal qütbündə stratosfer 8 min metrdən başlayır.
Daha əvvəl dünyada heç kim bunu etməyib.
Paraşütçülər bir neçə ay məşq ediblər. Eniş planlaşdırılmamış yerdə baş verməsinə qarşı Barneo bazasında helikopterlərdə axtarış-xilasetmə qrupu növbətçilik edib.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ