İnsanlara hürriyət, millətlərə istiqlal!

“TV Müsavat”ın aparıcısı Emil Salamoğlu 35 yaşında təltif olundu – FOTOLAR

Bu gün “Yeni Müsavat” Media Qrupunun əməkdaşı, “TV Müsavat”ın aparıcısı Emil Salamoğlunun 35 yubiley yaşı qeyd edilib.

Bu münasibətlə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu jurnalisti təbrik edib, ürək sözlərini ifadə edib:

“Media Qrupunun əziz, doğma siması Emil Salamoğlunun 35 illiyini qeyd edirik. Emil həm gözəl yazarımız, həm də dəyərli övladımız və aparıcımızdır. “Yeni Müsavat” məktəbinin çox qiymətli yetirməsidir. 20 yaşından bizimlə çalışmağa başladı və hazırda ölkənin ən tanınmış media mənsublarından biridir. 35 yaş çox deyil, bütün həyat hələ qarşıdadır və Emil Salamoğlu çox gözəl layihələrə imza atacaq, çox yüksələcək”.

Sonda Emil Salamoğluya “Yeni Müsavat” Media Qrupundakı üstün xidmətlərinə və 35 illik yubileyinə görə fəxri diplom təqdim olunub.

Emil Salamoğlu öz növbəsində təbriklərə görə təşəkkürünü bildirib:

“Çalışdığım müddətdə rəhbərlikdən, kollektivdən diqqət, dəstək görmüşəm. “Yeni Müsavat” bir məktəbdir, mən də gənc yaşlarımdan bu məktəbdən çox şey öyrənmişəm. Rauf bəyə və bütün dostlara bu diqqətə görə minnətdaram”.

Qeyd edək ki, Emil Salamoğlu 2007-ci ildən mediada çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR