İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tv Musavat" hakerlərin əlinə keçdi - Bütün videolar SİLİNDİ

"TV Musavat" yutub kanalı hakerlərin hücumuna məruz qalıb.

Bu barədə Musavat.com-a "TV Musavat"ın efir rejissoru və təhlükəsizlik üzrə məsul şəxsi Məhəmməd Türkmən məlumat verib.

O bildirib ki, saat 23 radələrində kanal qəfil haker hücumuna məruz qalıb. M.Türkmənin sözlərinə görə, bir neçə saniyə içərisində kanalın şifrəsi ələ keçirilib və hesabdakı videolar silinib.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən hadisənin sui-qəsd olduğunu və bunun kanalın çökdürülməsinə hesablandığını bildirib. O qeyd edib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına məlumat verilib və kömək istənilib.

Qeyd edək ki, kanalı ələ keçirənlərin kriptovalyuta fırıldaqçıları olduğu məlum olub. Hazırda "TV Musavat"ın adından biktoin məzmunu daşıyan veriliş yayımlanır. Veriliş məşur milyarder İlon Maskın adından yayımlanır. Hakerlər "TV Musavat" kanlının adını dəyişərək "Tesla" qoyublar.

Onu da əlavə edək ki, hazırda "Tv Musavat"ın İT mütəxəssisləri yutub mərkəzi ilə əlaqə saxlayıblar. "Tv Musavat" kanalının yenidən bərpa edilməsi ilə bağlı ciddi iş aparılır.

Musavat.com

def36cf1-50cc-4598-afa7-433527251cdc.jpg (208 KB) 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR