Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə müğənni Ülviyyə Namazova sosial media hesabındakı paylaşımında həmkarı Vəfa Şərifovanın onun haqqında danışmasına irad bildirib və sərt sözlər deyib.
Musavat.com Yenisabah.az-a istinadən xəbər verir ki, bu məsələ “Elgizlə izlə” verilişində də müzakirə edilib.
Ülviyyə Namazova bildirib: “Vəfa Şərifova geyimimə lağ edib, verilişlərin birində deyib ki, Ülviyyəni aşmışam. Bu nə deməkdir, bilmirəm. Aşmışam nə deməkdir? Mənim nəyimi aşa bilərsən ki? Bu barədə danışanda artıq başım ağrayır. O adam bu sözü deyər ki, səsi, sənəti olsun, əziyyət çəksin. Mən cırmaq-cırmaq tanınmışam. Bunu ətrafımdakı hər kəs bilir.
Biz 3 uşaq olmuşuq, Füzulidən qaçqın gəlmişik. Halal zəhmətimlə az da olsa, özümə kütlə toplamışam”.
Müğənni geyiminə lağ edən həmkarına olduqca qəzəblənib: “Sənət deyəndə, mən özümə sənətkar demirəm. Sadəcə olaraq, ən azından mən canlı ifa etməyi bacarıram və "Şur"la "Segah"ı bir-birindən ayıra bilirəm. Hansı efirə çıxsam, çalışıram ki, daha çox canlı ifa edim. Ən azından bunu mənə söz atan xanımdan qat-qat yaxşı bacarıram. Geyimim ucuzdu deyəndə, özüm qazanıb ailəmi saxlayıram. Arxamda pullu əmim yoxdur. Əsas geyim yox, onun içindəki dəyərli olsun”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ