Onlayn ictimai-siyasi qəzet
Son zamanlar müflisləşən nəhəng şirkətlər sırasına yenisi əlavə edilib.
Belə ki, 30-dan çox ölkəyə 150-dən çox məhsul ixrac edən 70 yaşlı türk qida nəhəngi "Tamtad Konserve" iqtisadi balanssızlıq səbəbindən fəaliyyətini davam etdirə bilməyib və müflis elan edib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, 1958-ci ildə Tire sənaye sahəsində konservləşdirilmiş tərəvəz istehsalı ilə fəaliyyətə başlayan "Tamtad Konserve" 30-dan çox ölkəyə 150-dən çox məhsul ixrac edirdi.
Bildirilib ki, ləğvetmə və müflisləşmə prosesi 02.06.2024-cü il tarixində başlayıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ