Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Superliqasının 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı qonaq komandanın meydanı tərk etməsi səbəbi ilə yarımçıq qalıb.
Musavat.com "Yeni Çağ"a istinadən xəbər verir ki, oyunun hakim Oğuzhan Çakır qarşılaşmanın təxirə salındığını elan edib.
Qalmaqaldan sonra keçmiş türkiyəli hakim Ahmet Çakar hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Adana Dəmirspor"un prezidenti hörmətli Murat Sancakı təbrik edirəm, artıq kral çılpaqdır. Bu axşamkı penalti oğurluğundan sonra Türkiyə liqası bitdi", - Çakar bildirib.
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ