Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Serik Belediyespor" futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.
BAKU.WS bu barədə "NTV Spor"a istinadən xəbər verir.
İstanbulda özəl xəstəxanada müalicə alan Mümin Talipi xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, 1 ay əvvəl "Ankara Dəmirspor"dan "Serik Belediyespor"a transfer olunan müdafiəçi sonuncu dəfə yanvarın 31-də keçirilən "Yeni Mersin İdmanyurdu" matçında komandasının formasını geyinib.
O, həmçinin futbolçu karyerasına "Bəylərbəyi"də başlayıb. Daha sonra "Y. Çorumspor", "24 Erzincanspor", "Düzcespor", "Orduspor 1967" komandalarında forma geyib.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ