İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var


Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük avtomobili ilə toqquşub.

“Report”un “Haber Global”a istinadən xəbərinə görə, hadisə Turqutlu rayonunda baş verib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb edilib. Yaralılar Turqutlu Dövlət Xəstəxanasına və yaxınlıqdakı özəl xəstəxanalara aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR