İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Yunanıstana xəbərdarlıq etdi - "Adalar hərbsizləşdirilməlidir"

Türkiyə ilə Yunanıstan arasında Egey dənizindəki kiçik adalarla bağlı münaqişə səngimək bilmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar rəsmi Afinanın Egeyin şərqindəki adaların silahsızlaşdırılması ilə bağlı Türkiyənin tələblərinə əməl etmədiyi təqdirdə Yunanıstanı "önləyici tədbir" görəcəyi ilə hədələyib.

“Silahların burnumuzun dibinə qoyulması ölkəmiz üçün təhlükə yaratmırmı? Bu sizə özünümüdafiə hüququ vermirmi?" – deyə nazir Türkiyənin haqlı mövqeyini bu sözlərlə ifadə edib.

Hulusi Akar Yunanıstanı Ankaraya qarşı "aqressiv ritorika" sərf etməkdə günahlandırıb. Onun sözlərinə görə, Yunanıstanın müdafiə büdcəsini 5 dəfə artırılması ölkənin Türkiyəyə qarşı "bir şeyə hazır olduğunu" göstərir.

Türkiyə müdafiə naziri Yunanıstanın Türkiyəyə silah və hərbi texnika, o cümlədən ABŞ-ın “F-16” qırıcıları və alman sualtı qayıqlarının satılmasının qarşısını almaq “mümkün olan hər şeyi” etdiyini vurğulayıb.

O, həmçinin baş nazir Kiriakos Mitsotakis və xarici işlər naziri Nikos Dendiası “iki ölkə arasında yaradıla biləcək potensial müsbət ab-havanı” pozmaq üçün “aqressiv ritorika və aqressiv hərəkətlərdən istifadə etməkdə” suçlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR