İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə meymunçiçəyi ilə bağlı hərəkətə keçdi - 11 ölkə ilə...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyət elan etdiyi Meymun Çiçəyi (MPOX) virusuna qarşı İtürkiyə də xüsusi tədbirlər planına başlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı İstanbul Hava Limanında 11 ölkədən uçuşlar xüsusi izlənməyə alınıb. Hələlik heç bir xoşagəlməz hadisəyə rast gəlinməyib.

Konqo Demokratik Respublikası başda olmaqla Afrika ölkələrində görülən meymun MPOX virusu Afrika uçuşlarında narahatlıq yaradıb.

Bunun üzərinə Səhiyyə Nazirliyinə bağlı Türkiyə Sərhədlər və Sahillər Səhiyyə Ümumi Müdirliyi, İstanbul Hava Limanı Baş Həkimliyi, hava limanı operatorları və hava yolu şirkətləri tədbirlərlə bağlı bir müddət əvvəl toplantı keçirib.

Virusun aşkar edildiyi ölkələrdən İstanbul hava limanına gələn reyslərdə olan sərnişinlər diqqət mərkəzinə alınıb. Bu çərçivədə, 11 ölkədən və hava trafik nəzarətçilərindən gələn açıqlamalar yoxlanılaca və qiymətləndiriləcək.

Qeyd edək ki, bu ölkələrdən gələn karqo mallına da xüsusi nəzarət edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR