Onlayn ictimai-siyasi qəzet
Türkiyə Mərkəzi Bankı 2023-cü ilin fevralından bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb.
Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi 250 baza bəndi azaldılıb – 50 faizdən 47,5 faizə.
“Trading Economics” ekspertlərinin konsensus proqnozu 48,5 faizədək endirim idi.
Analitiklər ölkədə inflyasiya təzyiqinin zəifləməsi siqnallarının ortaya çıxması səbəbindən Türkiyə Mərkəzi Bankının pul siyasətini müəyyən qədər yumşaldacağını gözləyirdilər. Noyabrda Türkiyədə istehlak qiymətlərinin illik artım tempi oktyabrda olan 48,58 faizdən 47,09 faizə enib və 2023-cü ilin iyun ayından bəri ən aşağı göstərici olub. İnflyasiya ardıcıl olaraq altıncı ay zəifləyib.
Türkiyə Mərkəzi Bankı açıqlamasında qeyd edib ki, uçot dərəcəsinin endirilməsi ilə bağlı qərar növbəti iclaslarda siyasətin daha da yumşaldılmasına zəmanət vermir: “Mərkəzi Bank hər bir konkret iclasda inflyasiya proqnozlarına diqqət yetirərək ehtiyatla qərarlar qəbul edəcək”.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ