Onlayn ictimai-siyasi qəzet
Türkiyə London sammitinə Ukrayna ilə bağlı bu təkliflə gedir
Türkiyə Londonda keçiriləcək Avropa sammitində Ukrayna ilə bağlı təkliflərini açıqlayacaq.
Bu barədə "Reuters" məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, Türkiyə Avropa liderlərinin London görüşündə Ankaranın Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqlarının aparılması təklifini təkrarlayacaq.
Agentliyin məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi 2022-ci ilin martında Ukrayna və Rusiya arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin yaxın gələcəkdə bu rolu yenidən öz üzərinə götürməyə hazır olduğunu vurğulayacaq.
Danışıqlarda iştirak edən tərəflərin diqqətini “uzunmüddətli regional təhlükəsizlik və sabitlik, eləcə də iqtisadi rifah məsələləri” üzərində cəmləməli olacağı gözlənilir.
Xatırladaq ki, martın 2-də Böyük Britaniyanın baş naziri Key Starmerin təşəbbüsü ilə Londonda böyük Avropa sammiti keçiriləcək.
Starmer və Fransa prezidenti Emmanuel Makron müvafiq olaraq 27 və 24 fevralda Trampla apardıqları danışıqların nəticələri barədə həmkarlarına məlumat verəcəklər.
Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Hollandiya, Danimarka, Norveç, İsveç, Finlandiya, Rumıniya və Türkiyə liderlərinin bazar günü Londona gələcəyi gözlənilir.
İclasda həmçinin NATO-nun baş katibi, Avropa Komissiyasının sədri və Avropa Şurasının sədri iştirak edəcək.//AzPost
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ