Onlayn ictimai-siyasi qəzet
Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) istehsal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, “TALAY” adlı PUA oktyabrın 22-26 -da SAHA EXPO-da nümayiş olunacaq.
Məlumata görə, bu texnika müdafiə, çəkindiricilik və hücum funksiyalarına malikdir. Sözügedən PUA növü düşmən gəmilərini və dəniz kənarındakı obyektləri vurmaq, dəniz üzərində sürətli manevr və müdaxilə etmək üçün nəzərdə tutulub.
PUA dəniz səviyyəsindən 150 metr hündürlüyə qədər qalxa bilir. Sürəti saatda 200 kilometrdir. Havada 3 saat qala bilir. Həmçinin, 30 kiloqram yük daşımaq qabiliyyətinə malikdir.
Qeyd edilib ki, “TALAY”ın elektrikli modelinin də üç ay sonra hazır olacağı gözlənilir.
07 Noyabr 2024
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ