İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bu Avropa ölkəsinə də qaz satacaq

Türkiyənin “Botaş” neft-qaz şirkəti Rumıniyanın OMV Petrom neft şirkəti ilə 2025-ci ilin mart ayının sonunadək boru kəməri qazının tədarükünə dair müqavilə imzalayıb.

Musavat.com TRT telekanalına istinadən xəbər verir ki, qazın nəqlinə oktyabrın 1-dən başlanacaq. Gündə Rumıniyaya 4 milyon kubmetrə qədər qaz çatdırılacaq. Müqavilə 31 mart 2025-ci ildə başa çatır.
Yanacaq tədarükü ilə yanaşı, tərəflər enerji resurslarının çatdırılması, saxlanması və istehsalı sahələrində və yaşıl enerjidən istifadə sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Botaş Türkiyədən qaz almaqda maraqlı olan digər ölkələrlə də danışıqları davam etdirəcəyini bildirib. Əvvəllər şirkət Macarıstan və Bolqarıstanla qaz ixracı müqavilələri bağlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR