İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Bəşər Əsədin yarımçıq qoyduğu enerji layihələrini gündəmə daşıyır

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Suriyanın yeni hakimiyyət orqanları ilə qonşu ölkədən neft kəmərinin çəkilməsi də daxil olmaqla enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar danışıb.

Onun sözlərinə görə, bu sahədə müzakirə olunası mövzular çoxdur: “Bir çox mövzular var: Suriyadan Türkiyəyə neft kəmərinin çəkilməsi və onun İraq-Türkiyə neft kəmərimizlə birləşdirilməsindən tutmuş Qətərdən qazın Suriya vasitəsilə Türkiyəyə və Avropaya nəqlinə qədər”.
Bayraktar qeyd edib ki, 2000-ci illərin əvvəllərində Suriyada gündəlik neft hasilatı 600 min barel olub: “İndi həcmlər 30 min barelə qədər azalıb, Suriyanın potensialı iqtisadiyyata cəlb edilməlidir”. Onun fikrincə, Suriya nefti digər ölkələrə və ya Türkiyədəki neft emalı zavodlarına, xüsusən də Aralıq dənizindəki Ceyhan limanına tədarük edilə bilər.

Qeyd edək ki, Türkiyə Energetika Nazirliyinin nümayəndələrinin bu həftənin sonunda Suriyanın enerji infrastrukturunu öyrənmək və yeni hakimiyyət orqanları ilə birgə layihələr hazırlamaq üçün bu ölkəyə səfər edəcəyi gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR