İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan əlaqələrində problem olduğunu demək provokasiyadır  

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda dəyirmi masa keçirilir.

Musavat.com xəbər verir ki, dəyirmi masada Türkiyənin aparıcı universiteti və beyin mərkəzlərinin nümayəndələri iştirak edir.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Türkiyə əlaqələrində problemlər olduğunu iddia edən və bundan sui-istifadə etmək istəyən qüvvələr var. F.Şəfiyev qeyd edib ki, problemlər olduqda belə dövlət səviyyəsində həll olunur:

“Hesab edirəm ki, bunlar düşünülmüş provokasiyalardır. İki ölkə arasında əlaqələri pozmağa mane olmaq üçün tədbirlər görməliyik. Sosial mediada düzgün məlumatlandırma mühümdür. Bu gün həmçinin, Türk Birliyi, Yaxın Şərq məsələlərini müzakirə edəcəyik”.

 

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR