İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk hərbi gəmisinin qarşısını kəsən freqata GÖRÜN NƏ OLDU - FOTOLAR

Bu yaxınlarda türk hərbi gəmisini ələ keçirməyə cəhd edən Fransız freqatı Courbet ilə bağlı əhəmiyyətli hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, 15 sentyabr 2023-cü ildə Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus "Courbet" (F-712) Friqat gəmisi NATO Daimi Dəniz İş Qrupu 2-yə təhvil verilərkən yanğın baş verib. Gəmidə baş verən yanğın ekipaj tərəfindən söndürülüb.

Təhlükəsizliyə görə missiyası ləğv edilən "Courbet" (F-712) freqatı özəl olaraq icarəyə götürülmüş yedək gəmisinin müşayiəti ilə aşağı sürətlə Fransaya qaytarılıb. Gəmidəki yanğınla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, 10 iyun 2020-ci ildə "Courbet" freqatı Aralıq dənizi bölgəsində Türkiyə hərbi gəmilərinin himayəsi altında üzən yük gəmisini dayandırmaq istəyib. Hadisədən dərhal sonra TCG GÖKOVA (F-496) və TCG ORUÇREİS (F-245) freqatları "Courbet"ə müdaxilə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR