Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçilərdən ibarət missiyası üzv dövlətlərin nümayəndələrindən və təşkilatın üzvlərindən ibarət olub. Təşkilat növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyasını beynəlxalq standartlara və qanunuyğun şəkildə uğurla başa vurub.
Musavat.com-un məlumatına görə bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransında deyib: "TDT müşahidəçiləri seçkilərdən öncə Prezident İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirib. Seçki günü isə müşahidəçi missiya 3 qrupa bölünüb. Bakıda, Şuşada və Xankəndidə səsvermə prosesi müşahidə olunub. Seçki günü hər hansı siyasi qüvvə tərəfindən seçicilərə heç bir təzyiq, müdaxilə edilməyib. Məntəqələrdən müşahidəçilərə bütün məlumatlar tam şəkildə verilib. Qanun pozuntularına şahidlik etməmişik. Proses zamanı ictimai asayiş tam təmin olunub. Səsvermə məntəqələrində proses tam azad şəkildə reallaşdırılıb. Seçici fəallığı yüksək səviyyədə idi".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ