İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Boris Consonu hindli Rişi Sunak əvəzləsə... - Azərbaycanın gözləntisi

Ekspert: “Britaniya öz siyasətini şəxslərin şəxsi mövqeyi üzərində quran dövlət deyil”

Britaniyada yeni baş nazirliyə əsas iddiaçılar bəllidir. Bunlar sabiq maliyyə naziri, hind əsilli Rişi Sunak və hazırkı xarici işlər naziri  Liz Trassdır. Rəy sorğularına görə, Sunak Trassı üstələyir. İstisna deyil ki, sentyabrda türk əsilli baş nazir Boris Consonu hind əvəzləsin.

Bəllidir ki, hindlilər, rəsmi Dehli son illər ermənilərlə yaxınlıq siyasətini tərcih edir. Həm də o səbəbə ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın yanındadır.

Odur ki, sual yaranır: Rişi Sunakın Britaniya baş naziri seçilməsi Londonun Azərbaycanla, qardaş Türkiyə ilə ənənəvi isti əlaqələrində soyuqluq yarada bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Böyük Britaniyada baş nazir Boris Consonun istefa verməsi bütün dünya mediasında ciddi rezonans doğurdu, eyni zamanda yeni növ idarəçi stilinə və davranışına malik olak türk əsilli Conson şübhəsiz ölkəsinin tarixinə düşdü: “Boris Conson Uiniston Çörçilldən sonra Böyük Britaniya tarixində öz imzasını atmış lider kimi dəyərləndirilməlidir. Çünki onun Britaniya baş naziri postunda fəaliyyəti Rusiya-Ukrayna müharibəsi dövrünə düşdü. Müharibə gedə-gedə Kiyev küçələrində Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə görünməsi bir cəsarət nümunəsi idi. Eyni zamanda Ukraynaya iqtisadi, siyasi, hərbi dəstəyin verilməsində də Conson böyük rol oynadı. Britaniyanın dövlət maraqları belə tələb etdiyi üçün Conson bu tələbi yüksək məharətlə icra eləyirdi.

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

 İlyas Hüseynov

Böyük Britaniyada yeni baş nazirliyə namizəd olan şəxslər çoxsaylı şəxslər arasından seçilib. Son dövrlər nəzərə almalıyıq ki, Hindistanla Ermənistan arasında ciddi əlaqələr qurulur, hətta Zəngəzur dəhlizinə alternativ olan İran-Ermənistan-Yunanıstan-Qərbi Avropa əlaqələrinin qurulması haqqında uzunmüddətli konsepsiyalar irəli sürülürdü. Bu, demək olar ki, Ermənistanın müstəqilliyi əldə etməsindən sonra aktual bir mövzudur. Bu layihəyə Hindistandan investisiyaların cəlb olunması mövzusu aktualdır. Vətən müharibəsindən sonra Ermənistanın xarici  işlər nazirinin Ermənistana səfəri bu mövzuları bir qədər də cəlbedici etmişdir. Hind əsilli şəxsin Böyük Britaniyanın baş naziri olması təbii ki, Britaniya daxili ictimai rəyin yönəlik gediş ola bilər. Lakin düşünmürəm ki, o, baş nazir olsa, Britaniyanın Cənubi Qafqaza, Azərbaycana, Türkiyəyə yönəlik siyasətinə mənfi təsir edəcək. Çünki Britaniya öz siyasətini şəxslərin şəxsi mövqeyi üzərində quran dövlət deyil. Britaniyanın dövlət maraqları var və bu maraqlara uyğun siyasət keçirilməsi hər bir baş nazirin bir nömrəli vəzifəsi olur. Britaniyanın Azərbaycanla çox sıx əlaqələri var. BP şirkətinin Azərbaycanla çox böyük əməkdaşlığı mövcuddur. Bu əlaqələr get-gedə dərinləşir və burada Britaniya çox maraqlıdır. Odur ki, yeni baş nazirin bu qədər böyük dövlət maraqlarına zidd addımlar atması gözlənilən deyil".

Ekspert vurğuladı ki, fiqurlar Böyük Britaniya kimi dövlətin xarici siyasət strategiyasına köklü surətdə təsir edə bilməzlər: “Çünki orada hər hansı yüksək postun tutulması müvəqqəti xarakter daşıyır və dövlət siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin istənilən halda biz hind əsilli şəxsin baş nazir seçilməsi vəziyyətinə də hazır olmalıyıq və bu xüsusda fəaliyyət icra olunmalıdır. İlk növbədə Türkiyənin mövqeyi ciddi şəkildə araşdırılmalıdır. Pakistan-Azərbaycan-Türkiyə geosiyasi üçbucağı Vətən müharibəsindən sonra güclənir. Ona görə də bizim üçün bu geosiyasi xəttin qorunması və inkişaf etdirilməsi əsas prioritetdir. Bu tandemə mənfi təsir göstərmək istiqamətində olan bütün qüvvələr neytrallaşdırılmalı və preventiv tədbirlər həyata keçirilməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR