Onlayn ictimai-siyasi qəzet
"Turan Tovuz" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.
XXIII turun Tovuz şəhər stadionunda baş tutan oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
47-ci dəqiqədə Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro qırmızı vərəqə alıb. 86-cı dəqiqədə Hayderson Hurtado qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 44 xalla ikinci, "Turan Tovuz" 39 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.\\report.az
20 Fevral 2025
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ