İnsanlara hürriyət, millətlərə istiqlal!

Trenin: Ermənistan Rusiya ilə müttəfiqliyin faydalarını itirmək riski daşıyır  

Son zamanlar Ermənistanın xarici siyasəti rusiyalı ekspertlərin diqqət mərkəzinə çevrilib. Xüsusilə ABŞ-la Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması və Aİ-yə qoşulmaq prosesinə başlamaq niyyəti Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı bir çox suallar yaradıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, rusiyalı politoloq və “Valday” beynəlxalq diskussiya klubunun elmi direktoru Dmitri Trenin bu mövzuda yerli jurnalistlərə açıqlama verib.

Treninin fikrincə, Ermənistanın hazırkı xarici siyasət kursunu çoxvektorlu adlandırmaq mümkün deyil. Bu, əslində, 2018-ci ildə başlamış və qərbyönlü istiqamətdə davam edən ardıcıl bir hərəkətdir. Politoloqun sözlərinə görə, Rusiyanın dəstəyinin olmaması ilə bağlı bəyanatlar sadəcə Qərbyönlü kursun əsaslandırılması üçün bir bəhanədir.

Ekspert qeyd edir ki, Ermənistan Qərbdən adekvat təzminat almadan Rusiya ilə müttəfiqliyin faydalarını itirmək kimi təhlükəli bir vəziyyətlə üzləşə bilər. Onun fikrincə, Ermənistanın mövcud hakimiyyəti Rusiya ilə Qərb arasında balans yaratmaq cəhdindən uzaqdır və məqsədyönlü şəkildə ölkəni Qərb düşərgəsinə yaxınlaşdırır.

“Bu, çoxvektorlu siyasət deyil, aydın şəkildə Qərbyönlü kursdur. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da artıq vurğulayıb ki, Ermənistanın Aİ-yə qoşulmaq istəyinə dair bəyanatı, əslində, Avrasiya İttifaqından çıxış prosesinin başlanğıcıdır. Çünki hər iki təşkilata eyni vaxtda üzvlük texniki baxımdan mümkün deyil.

Mən dəqiq proqnozlar vermək istəmirəm, lakin belə görünür ki, Ermənistan Rusiya ilə müttəfiqliyin verdiyi üstünlükləri itirmək kimi təhlükəli bir vəziyyətə doğru gedir. Əgər Rusiya Ermənistandan çıxarsa, bu, ölkə iqtisadiyyatına və əhalisinə ciddi təsir göstərəcək. İrəvandakı hakimiyyət isə bu iqtisadi çətinlikləri anti-Rusiya və qərbyönlü təbliğatla kompensasiya etməyə məcbur qalacaq,” - deyə Trenin bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR