İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın təyyarəsi təcili eniş etdi

 

ABŞ-nin keçmiş prezidenti və 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın təyyarəsi bu gün Montana ştatının Billinqs hava limanına təcili eniş edib.

Musavat.com bu barədə teleqram kanallarına istinadən xəbər verir. 

Məlumata görə enişə səbəb texniki nasazlıq olub. 

Bildirilib ki, bu hadisə Trampın təyyarəsi Montana əyalətindəki “Bozeman Yellowstone” hava limanına gedərkən baş verib.

Onu da qeyd edək ki, Trampın həyatına sui-qəsdə cəhd olduqdan sonra onun mühafizəsi artırılıb. Namizəd daha yüksək səviyyədə qorunur və səfərlərinə xüsusi komanda nəzarət edir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR