İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “sevimli liderləri” – Miley, Conson, Makron…

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp artıq xarici siyasət gündəmini formalaşdırır, ticarət məsələsi ilə məşğul olur, eyni zamanda özünə yaxın hesab etdiyi dünya liderlərinə zəng edib görüşlər təşkil edir.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazır.

Mətndən göründüyü kimi, respublikaçıların qələbəsindən sonra bir çox dünya liderləri beynəlxalq tədbirlərdə prezident Co Baydenlə görüşmək istəyini azaldıblar.

Materialda qeyd edilir ki, Trampın Ağ Evə qayıtmasını ilk alqışlayanlardan biri Argentina lideri Xavyer Mayli olub. O, həmçinin G20 lideriləri arasında ABŞ-ın seçilmiş prezidenti ilə şəxsən danışan ilk adam ola bilər. Bundan əlavə, Trampın yanında Britaniyanın keçmiş baş naziri Boris Consonun xüsusi hörməti var. “Hazırkı baş nazir Keir Starmer Trampla ünsiyyət qurmaq üçün uğursuz kurs keçir”, agentlik yazır.

Bloomberg qeyd edir ki, Emmanuel Macron da Trump tərəfindən “yaxşı oğlan” kimi tanınır, Olaf Şolts isə dəfələrlə Kamala Harrisi dəstəkləməklə özünü bu lütfdən mərum edib.

Agentlik yazır ki, İtaliyanın baş naziri Corciya Meloni Tramp administrasiyası ilə əlaqələr qurmağa çalışır, İndoneziya və Yaponiya liderləri ABŞ prezidenti ilə şəxsi görüş imkanlarını araşdırır, Cənubi Koreyanın rəhbəri Yun Sok-Yol hər ehtimala qarşı qolf oynamağı öyrənir.

Həmçinin, mətndə deyilir ki, bir çox Yaxın Şərq liderləri, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da daxil olmaqla, Trampın şəxsi və birbaşa ünsiyyətə meylini bölüşür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR