İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Qrenlandiya israrı davam edir - milyardlarla dollar sərmayə...

ABŞ prezidenti Donald Tramp Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını qətiyyətlə dəstəklədiklərini bir daha təkrar edib.

Musavat.com xəbər verir ki, Tramp bununla bağlı yenidən çağırış edib. 

"İstəsəniz, sizi dünyanın ən böyük dövləti olan Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik",-deyə Tramp bildirib.

Tramp Qrenlandiya xalqına İkinci Dünya Müharibəsindən bu yana olduğu kimi onları təhlükəsiz şəkildə qorumağa davam edəcəklərini bildirib: "Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik və arzu edərsinizsə, sizi ABŞ-da salamlayırıq”.

Qrenlandiyanın ABŞ-nin milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp, “Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyik”,-deyə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR