İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın naziri Rusiyaya sərt sanksiyadan danışır, amma yumşalma planı hazırlayır

ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları gecikdirmədən sərtləşdirməyə hazır olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ administrasiyası Ukraynada müharibənin dayandırılmasına kömək edəcəksə, qətiyyətli addımlar atacaq. O vurğulayıb ki, yeni məhdudiyyətlər sülh danışıqlarında tez nəticə əldə etmək üçün sərt və məqsədyönlü olacaq. Bessent əlavə edib ki, Co Bayden dövründə Rusiyanın sanksiyalardan az təsirlənən enerji sektoru təzyiqə məruz qala bilər.
2025-ci il fevralın sonunda prezident Donald Tramp Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb. Bu, üç il ərzində ölkələr arasında Ər-Riyadda baş tutan ilk danışıqlardan sonra baş verib. Bununla belə, “Röyter” bildirib ki, Tramp administrasiyası Moskvaya təzyiqləri azaltmaq üçün artıq plan hazırlayır.

Ağ Ev Xəzinədarlıq və Dövlət Departamentlərinə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün yüngülləşdirilə bilən sanksiyaların siyahısını tərtib etməyi tapşırıb. Bu təkliflər yaxın vaxtlarda Rusiya tərəfi ilə müzakirə olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR