İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın milli təhlükəsizlik üzrə müşavirindən önəmli açıqlama: mərhələlər belə olacaq

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Fox News kanalında çıxış edərək Ukrayna ilə Rusiya arasında mümkün atəşkəsin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı planı açıqlayıb.

Musavat.com bildirir ki, Uoltsun sözlərinə görə, ilk növbədə tərəflər enerji infrastrukturuna qarşı pilotsuz uçuş aparatları və raket hücumlarını dayandırmalıdır.

“Bu obyektlər bir gün yenidən qurulmalıdır. Gəlin zorakılığı dayandırmaq üçün ilk addımı ataq,” – deyə ABŞ prezidentinin müşaviri vurğulayıb.

Uolts bildirib ki, prosesin başlanğıc nöqtəsi olaraq əsir mübadiləsi “xoşniyyətli ilk addım” ola bilər. Bu, qarşılıqlı inamın bərpasına zəmin yaradacaq və növbəti mərhələyə keçidi asanlaşdıracaq.

Uoltsun fikrincə, əsir mübadiləsindən sonra Qara dənizdə dəniz yolunda atəşkəsin tətbiqi, daha sonra isə ön cəbhədə hərbi əməliyyatların dayandırılması müzakirə edilə bilər.

“Bu, çox mürəkkəb olacaq. Lakin böyük atəşkəs razılaşması kiçik addımlarla başlayır,” – deyə Trampın müşaviri əlavə edib.

Hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan paralel danışıqlar regional sabitliyin təmin olunması və atəşkəs üçün mühüm fürsət kimi dəyərləndirilir.

@@TVmusavat/111345@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR